Bağçalara qəbulda “pul yığımı”na SON - YENİ PROQRAMIN DETALLARI 

Bağçalara qəbulda “pul yığımı”na SON - YENİ PROQRAMIN DETALLARI 

Hazırda oxunan: Bağçalara qəbulda “pul yığımı”na SON - YENİ PROQRAMIN DETALLARI 

53644

Təhsil İnstitunun Məktəbəqədər təhsil şöbəsinin müdiri Laləzar Cəfərova bildirib ki, bundan sonra bağçalara qəbul onlayn formada keçiriləcək. 

Bizim.Media xəbər verir i, o, bu barədə Modern.az-a bildirib. Onun sözlərinə görə, bu qəbul qaydası bağçalardakı uşaq qəbulu prosesində pul tələb olunmasının qarşısını almaq məqsədi daşıyır.

“Bağçalarda uşaq qəbulu prosesində pul istənilməsi çox xoşagəlməz idi. Amma qeyd edim ki, bu məsələni bütün bağçalara aid etmək olmaz. Hörmətli nazirin dediyi kimi, bu halların baş verməməsi üçün dünya ölkələrində olduğu kimi, bizdə də uşaqların bağçalara qəbulu onlayn sistemlə baş tutacaq.
 

MÖVZU İLƏ BAĞLI:

“Uşaq bağçaları Bakı şəhər İcra Hakimiyyətindən alınmalıdır” - Millət vəkilindən TƏKLİF 


Yer çatışmazlığı məsələsinə gəldikdə, isə bu proses dövlət sənədləri ilə tənzimlənir. Hər yaş qrupuna qoyulan uşaq sayı aşılmamalıdır. Bəzi bağçalarda məcburiyyət qarşısında bu hədd aşılırdı, amma bu hal baş verdikdə, öz uşaqlarımıza ziyan olur. Çünki bu hallar onlara qayğı və təlimin yüksək səviyyədə tətbiqinə mane olur. 

Şöbə müdiri həmçinin qeyd edib ki, bağçalara müəllim qəbulu imtahan nəticəsində seçiləcək: 

“Gələcəkdə məktəbəqədər müəssisədə çalışan tərbiyəçi müəllimlər hansısa meyara görə yox, əsl yüksək bilik, bacarığına görə işə qəbul olunacaq.

Bu prosesin nəzarətdə olması üçün də işə qəbul imtahan nəticələrinə əsasən aparılacaq. Məktəbəqədər təhsil prosesinin yüksək səviyyədə keçirilməsi üçün yeni proqram, təlimatlar hazırlayırıq. İnşallah, təxminən iki aydan sonra tam dəqiqliklə təqdim olunacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO