Bill Qeytsdən ŞOK AÇIQLAMA – Koronavirusun yerini ÇİÇƏK xəstəliyi TUTACAQ

Bill Qeytsdən ŞOK AÇIQLAMA – Koronavirusun yerini ÇİÇƏK xəstəliyi TUTACAQ

Hazırda oxunan: Bill Qeytsdən ŞOK AÇIQLAMA – Koronavirusun yerini ÇİÇƏK xəstəliyi TUTACAQ

53551

“COVID-19 pandemiyası zəiflədikdən sonra onun yerini çiçək pandemiyası tutacaq və ölüm nisbəti üç dəfə artacaq”.

Bizim.Media xəbər verir ki, bunu "Microsoft" şirkətinin sahibi, milyarder Bill Qeyts açıqlayıb.

MÖVZU İLƏ BAĞLI:

Vanqa, Nostradamus və Bill Qeytsin 2022-ci il XƏBƏRDARLIQLARI... – Ən qorxuncu Annunakilərin qayıdışıdır..


O, yaxın gələcəkdə koronavirus pandemiyasının zəifləyəcəyini, amma yerini çiçək xəstəliyi tutacağını bildirib:

“Bunun səbəbi bioterrorizm ola bilər. Terrorçuların virusu insanların sıx olduğu yerlərdə, məsələn, hava limanlarında süni olaraq yayması kifayətdir ki, qlobal miqyaslı pandemiya baş versin. Əgər bioterrorçular on hava limanına çiçək xəstəliyini gətirsələr, biz bilirik ki, nələr baş verəcək".

Milyarder bəyan edib ki, buna hazırlaşmaq üçün ÜST səviyyəsində Pandemiya İşçi Qrupu yaradılmalıdır: 

"Ümid edirəm ki, 5 ildən sonra "Növbəti pandemiyaya hazırıq" adlı kitab yaza biləcəyəm, lakin bu, Ar-Ge üçün on milyardlarla dollar tələb edəcək. ABŞ və Böyük Britaniya da işin bir hissəsi olacaq".

Bill Qeyts bioterrorizmin törətdiyi epidemiyaların təbii olaraq baş verənlərdən daha pis ola biləcəyini də qeyd edib.

Onun sözlərinə görə ölkələr milyardlarla dollar sərmayə qoymalı və bu halların qarşısını almaq üçün hazırlıq görməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO