Dünya əhalisinin sayı 2022-ci ilə qədər 7,8 milyarda çatacaq.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosu məlumat yayıb.
Məlumata görə, 2021-ci ildə dünya əhalisi 0,9 faiz artaraq əhalinin sayını 74 milyon nəfər artırıb.
Qeyd edilib ki, 2022-ci ildə dünyada hər saniyədə 4,3 doğum və 2 ölüm hadisəsi gözlənilir.
Çin 1 milyard 439 milyon 323 min nəfərlə dünyanın ən çox əhalisi olan ölkəsi olaraq qalır. 2-ci yerdə isə onu 1 milyard 380 milyon 4 min nəfərlə izləyən Hindistan gəlir.
Bununla belə, Hindistanın 2025-ci ildə Çini geridə qoyaraq dünyanın ən çox əhalisi olan ölkəsi olaraq birinci yerə yüksələcəyi bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:54 / 02.01.2022
2022-ci ildə dünya əhalisinin sayı 8 milyarda YAXINLAŞACAQ
Hazırda oxunan: 2022-ci ildə dünya əhalisinin sayı 8 milyarda YAXINLAŞACAQ
Hazırda oxunan: 2022-ci ildə dünya əhalisinin sayı 8 milyarda YAXINLAŞACAQ
53549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.