Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.
Dəyişikliklər 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bu dəyişikliklərdən biri də siqaretə tətbiq olunan aksiz dərəcəsinin artırılması ilə bağlıdır.
Beləliklə, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır.
Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manat qaldırılması təklif olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:22 / 29.12.2021
Azərbaycanda siqaretin aksiz dərəcəsi artırıldı
Hazırda oxunan: Azərbaycanda siqaretin aksiz dərəcəsi artırıldı
Hazırda oxunan: Azərbaycanda siqaretin aksiz dərəcəsi artırıldı
53101
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.