Fərid Qayıbov Dünya Etnosport Konfederasiyasının nümayəndələrini qəbul etdi - FOTO 

Fərid Qayıbov Dünya Etnosport Konfederasiyasının nümayəndələrini qəbul etdi - FOTO 

Hazırda oxunan: Fərid Qayıbov Dünya Etnosport Konfederasiyasının nümayəndələrini qəbul etdi - FOTO 

52814

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Dünya Etnosport Konfederasiyası nümayəndələrini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, nümayəndə heyəti üzvlərini - təşkilatın baş katibi Halim Aksu, koroprativ əlaqələr direktoru Levent Akıcı və tədbirlər direktoru Salih Aksunu salamlayan nazir qonaqlara dövlət idman siyasəti sahəsində görülən işlər barədə məlumat verib.

Görüşdə əsasən, 2022-ci ildə Bakının ev sahibliyi edəcəyi V Beynəlxalq Etnosport Forumuna hazırlıq məsələləri müzakirə edilib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Aksu Azərbaycanın digər beynəlxalq tədbirlər kimi, Forumu da yüksək səviyyədə təşkil edəcəyinə əminliyini vurğulayıb.
Qeyd edək ki, pandemiya səbəbindən təxirə salınmış V Beynəlxalq Etnosport Forumu gələn il keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO