Son iki gündə pandemiya səbəbindən Rusiyadan qayıda bilməyən 200-ə yaxın Azərbaycan vətəndaşı ölkəmizə gətirilib.
Bizim.Media xəbər verir ki, Rusiyadan gələn soydaşlarımızı Qusarın Azərbaycan -Rusiya sərhədində yerləşən Samur keçid məntəqəsində Azərbaycan sərhədçiləri qarşılayıb.
Müfafiq yoxlamalardan sonra TƏBİB-in Qusar rayon mərkəzi xəstəxanasının tibbi briqadası ölkəyə daxil olan Azərbaycan vətəndaşlarından test nümunəsi götürüb və onlar Qubanın İkinci Nügədi kəndindəki istirahət mərkəzində bir günlük karantinə alınıblar.
Bir gün sonra test nəticəsi neqativ çıxanlar evlərinə yola salınacaq, pozitiv çıxanlar isə Quba rayonundakı regional COVİD-19 xəstəxanasına yerləşdiriləcəklər.
Məlumata görə, ötən gün 140 Azərbaycan vətəndaşı Rusiyadan Azərbaycana gəlib, bu gün isə 53 nəfərin ölkəyə gətirilməsi nəzərdə tutulub.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:04 / 27.12.2021
Rusiyadan qayıda bilməyən 200-ə yaxın vətəndaşımız ölkəmizə gətirildi
Hazırda oxunan: Rusiyadan qayıda bilməyən 200-ə yaxın vətəndaşımız ölkəmizə gətirildi
Hazırda oxunan: Rusiyadan qayıda bilməyən 200-ə yaxın vətəndaşımız ölkəmizə gətirildi
52704
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.