BDU rektorunun müşavirini bıçaqlayan şəxsdən yeni XƏBƏR VAR

BDU rektorunun müşavirini bıçaqlayan şəxsdən yeni XƏBƏR VAR

Hazırda oxunan: BDU rektorunun müşavirini bıçaqlayan şəxsdən yeni XƏBƏR VAR

52155

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlamaqda təqsirləndirilən İsmixan Mirzəyev ifadə verib.

Bizim.Media xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə dindirilən təqsirləndirilən şəxs bildirib ki, 11 il BDU-da ağac sexində işləyib.

İ.Mirzəyev deyib ki, 2019-cu ildə universitetə yeni rəhbərlik gələndən sonra onu ərizə ilə başqa işə keçiriblər:

“Yeni işdə maaş az idi. Mən də 5 dəfə rektora müraciət etdim ki, maaşımı qaldırsınlar. Söylədilər ki, struktur dəyişiklikləri olacaq, sonra maaşım nomallaşacaq. Sexdəki avadanlıqlar da mənimdir. Mirzə Mirzəyevə bildirdim ki, 2 ildi gözləyirəm, amma maaşında irəliləyiş yoxdu. Mübahisəmiz düşdü, sonra onu bıçaqla vurdum. Təcili yardım maşını çağırdım, Polis Bölməsinə könüllü təslim oldum. Əməlimdən peşmanam".

Daha sonra zərərçəkmiş qismində BDU-nun rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev ifadə verib: “İsmixan maliyyə problemləri ilə bağlı yanıma gəlirdi. Onun müraciətini rektora məruz elədim. Dedim ki, struktur dəyişiliyi zaman ştat cədvədi açılanda maaşı artırılacaq. Onunla başqa ünsiyyətim olmayıb. Sonra İsmixanla mübahisəmiz oldu, bıçaqla məni vurdu”.

Digər zərərçəkmiş Şahlar Bəgalıyev dindirilərək bildirib ki, 1990-cı ildən BDU-da komendant işləyib.

O, hadisənin necə baş verdiyindən danışıb: “Mirzə müəllimin otağına gəldim. Gördüm ki, İsmixan Mirzə müəllimi yıxıb. Onun qabağına keçəndə məni də vurdu. Düşünməzdim ki, onun əlində bıçaq ola. İsmixandan şikayətçi deyiləm”.

Məhkəmənin növbəti iclası 2022-ci il yanvarın 21-nə təyin edilib.
 

Qeyd edək ki, bu ilin iyul ayının 27-də BDU-nun əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İ.Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.


Hadisəni törətməkdə təqsirli bilinən İ.Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO