Bir neçə gün bundan əvvəl İsrailin Baş naziri Naftali Bennet Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi ilə görüşmək üçün özünün ilk rəsmi səfərini BƏƏ-yə edib.
Lakin bu çətin məqamda bəzi ekspertlər fikirləşirlər ki, Baş nazir Bennet Azərbaycana səfər etsəydi, bu, daha yaxşı olardı.
MÖVZU İLƏ BAĞLI:
Bakı ilə Təl-Əvivi nə bağlayır? – “Heç bir islam ölkəsində Azərbaycandakı qədər yəhudi icması yoxdur” - Arye Qut
Çünki möhkəm təməllərə malik olan Azərbaycan-İsrail münasibətlərinin təşviqi “Avraam Sazişi”nin inkişafı üçün həlledici məna kəsb edir.
Bu barədə israilli jurnalist Raxel Avraam beynəlxalq münasibətlər sahəsində siyasi ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qutun nüfuzlu Kanada-İsrail media platforması olan “Thej.ca”ya müsahibə-məqaləsində yazır. Bildirilir ki, son 30 il ərzində İsrail və Azərbaycan möhkəm, etibarlı və strateji münasibətlər qurmağı bacarıb.
Bizim.Media xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan ilə münasibətlərin 44 günlük Qarabağ müharibəsi zamanı sınaqdan keçirildiyini qeyd edib.
İsrailin sabiq müdafiə nazirinin müavini Efraim Sne 1993-cü ilin dekabrında Prezident Heydər Əliyevlə ilk görüşünü, sonrakı illərdə Azərbaycana çoxsaylı rəsmi və qeyri-rəsmi səfərlərini xatırlayarkən iki ölkə arasında mövcud olan dostluq və möhkəm tərəfdaşlıqdan böyük məmnunluq duyduğunu diqqətə çatdırıb.
Beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut əvvəlcə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iflasa uğramasına toxunub. Əlavə edib ki, II Qarabağ savaşında Ermənistan tam geosiyasi və hərbi fiaskoya uğrayıb:
“Şöhrət qazanmış erməni ordusu”nun imici 44 gün ərzində darmadağın edildi, bu işğalçı ordu tamamilə parçalandı".
Bizim.Media