İranlı qadın həndbolçu İspaniyada yoxa çıxdı

İranlı qadın həndbolçu İspaniyada yoxa çıxdı

Hazırda oxunan: İranlı qadın həndbolçu İspaniyada yoxa çıxdı

0:00
0:00
50923

İranın qadınlardan ibarət həndbol milli komandasının oyunçusu Şəqayeq Bapiri İspaniyada yoxa çıxıb.

Bizim.Media xəbər verir ki, Bapiri İranın həndbol üzrə qadınlardan ibarət millisinin tərkibində İspaniyada keçirilən dünya çempionatında iştirak edib.

Hazırda İran həndbol millisinin 30 yaşlı qadın üzvü ortada heç bir əsər-əlamət qoymadan yoxa çıxıb. 

Məlumatı Dünya Həndbol Federasiyası və çempionatın təşkilatçıları təsdiqləyiblər.

Bundan əvvəl, 4 kamerunlu idmançı da sözügedən çempionat zamanı yoxa çıxıb.

Qeyd edək ki, Şəqayeq Bapirinin də iranlı idmançıların dəfələrlə etdiyi kimi ölkədən qaçaraq başqa dövlətlərə sığındığı qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO