“Məni sizin Şuşada olmağınız yox, başqa məsələ hiddətləndirir. Videoda deyirsən ki, ermənilər 30 il ərzində burada heç nə tikməyib”.
Bizim.Media xəbər verir ki, erməni qadınla canlı yayıma çıxan digər xanım bildirib ki, ancaq reallıqları lentə alırdı:
“Yəni orada tikdiyiniz nəsə olsaydı, lentə alardım”.
Bu sözdən sonra erməni qadın deyib ki, Füzulidə aeroport tikmişik. Burdaca aparıcını gülmək tutur ki, hava limanını Azərbaycan inşa edib. Erməni qadın bu yerdə həmsöhbətinin sözünü kəsərək iddia edib ki, guya həmin aeroport da ermənilərin ideyası olub:
“Sadəcə vaxtımız çatmadı”.
Yəni ermənilər 30 il ərzində hava limanı tikməyə zaman ayıra bilməyiblər. Gülüncdür. Sonrakı söhbətlərdə erməni qadının gülüş hədəfinə çevrilməsi davam edib.
Aparıcı zarafata piramidaları da ermənilərin tikdiyini deyəndə erməni qadın bildirib ki, “sizin oturduğunuz kreslo, o görünən pərdələrin hamısı erməni kəşfləridir”.
Videonu təqdim edirik:
Bizim.Media