“ABŞ Ermənistanın tərəfində 8 dəqiqə döyüşəcək” - İrəvan belə hesab edir

“ABŞ Ermənistanın tərəfində 8 dəqiqə döyüşəcək” - İrəvan belə hesab edir

Hazırda oxunan: “ABŞ Ermənistanın tərəfində 8 dəqiqə döyüşəcək” - İrəvan belə hesab edir

50362

Bir neçə gün əvvəl ABŞ prezidenti Co Bayden ABŞ-ın Ukraynaya qoşun yeritməyəcəyini açıqlamışdı. Jurnalistlərə danışan Ağ Evin sahibi vurğulamışdı ki, “5-ci maddəyə uyğun olaraq NATO müttəfiqlərimiz hücuma məruz qaldıqları təqdirdə onların qarşısında Birləşmiş Ştatların mənəvi və hüquqi öhdəliyi var. Bu müqəddəs bir öhdəlikdir. Bu öhdəlik Ukraynaya şamil edilmir”.

Bizim.Media xəbər verir ki, Baydenin bu sözləri fonunda Ermənistan nədənsə belə qərara gəlib ki, Rusiyanın Qafqaz regionundan çıxacağı, Azərbaycan və Türkiyə ilə mümkün müharibə olacağı təqdirdə “ABŞ 8 dəqiqə Ermənistanın tərəfində vuruşacaq”.

Erməni hüquq müdafiəçisi Avetik İşxanyan özünün “Facebook” səhifəsində buna münasibət bildirib: 

“Bizim “proqressiv” insanlarımızın düşüncəsinə görə, Rusiya regionu tərk edərsə, Ukraynadan fərqli olaraq, NATO-nun üzvü Türkiyə Azərbaycanla birgə bizə hücum edən kimi ABŞ 8 dəqiqə Ermənistanın tərəfində vuruşacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO