Sabahın havası açıqlandı - PROQNOZ

Sabahın havası açıqlandı - PROQNOZ

Hazırda oxunan: Sabahın havası açıqlandı - PROQNOZ

50274

Dekabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təş kil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən dekabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 4-9° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO