Daşaltıda minada həlak olanların adları AÇIQLANDI

Daşaltıda minada həlak olanların adları AÇIQLANDI

Hazırda oxunan: Daşaltıda minada həlak olanların adları AÇIQLANDI

0:00
0:00
49856

Xəbər verildiyi kimi, dekabrın 9-u Şuşa rayonu ərazisində 2 nəfər mülki şəxsin minaya düşməsi faktı ilə bağlı prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma  ilə müəyyən edilib ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı  1992-ci il təvəllüdlü Vüsal Qəndiyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.

Bizim.Media Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

MÖVZU İLƏ BAĞLI:

Daşaltıda iki azərbaycanlı minaya düşərək həlak oldu


Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO