Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir

Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir

Hazırda oxunan: Kəlbəcərə çəkilən tunel-yolun tikintisi davam etdirilir

0:00
0:00
49571

Göygöl rayonunun Toğanalı qəsəbəsindən Kəlbəcər rayonuna çəkilən tunel yolun tikintisi davam etdirilir.

Bizim.Media xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Hidayət Rüstəmov deyib.

Onun sözlərinə görə, hazırda uzunluğu 11,5 kilometr olan tunelin tikintisi sürətlə davam edir.
 

MÖVZU İLƏ BAĞLI:

İşğaldan azad edilmiş ərazilərdə YENİ YOLLAR belə olacaq - VİDEO


"Tunel çox sərt qayalıqdan keçir. Artıq tunelin 500 metri hazırdır. İşlər 3 növbəli iş rejimində aparılır. Yol 2025-ci ildə istifadəyə verilməlidir. Ümumi uzunluğu 80,7 kilometr olacaq yoldakı tunelin tikintisi üçün Türkiyədən şirkət dəvət olunub.

Tunelin tikintisindən sonra Kəlbəcərdən İstisuya 26 kilometrlik yolun tikintisi başlanacaq. Sonra isə Kəlbəcərdən Laçına yol tikintisinə başlanacaq. Yol Laçın rayonunda tikiləcək hava limanına qədər uzanacaq", - deyə sədr müavini qeyd edib. (REAL TV)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO