Türk lirəsi ucuzlaşaraq daha bir antirekorda yaxınlaşdı

Türk lirəsi ucuzlaşaraq daha bir antirekorda yaxınlaşdı

Hazırda oxunan: Türk lirəsi ucuzlaşaraq daha bir antirekorda yaxınlaşdı

49267

Bazar ertəsi türk lirəsinin dollara nisbətdə məzənnəsi “mülayim” şəkildə azalaraq tarixi minimuma yaxınlaşıb.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiya hərracın məlumatlarında yer alıb.

Mənbə yazır ki, bu gün səhər ticarətində türk valyutası 1% ucuzlaşıb, Bakı vaxtı ilə saat 11:15-ə olan məzənnə 1 dollar üçün 13,83 lirə olub.

İlin əvvəlində 7,4 lirə məzənnəsi ilə ticarət edilən türk valyutası il ərzində az qala 50% ucuzlaşaraq 13,9-a enib. Noyabrın 23-də isə ucuzlaşma 16% təşkil edib. Gündəlik lirənin belə kəskin ucuzlaşması son 20 ilin ən yüksək həddi olub.

Bu, Türkiyə Mərkəzi Bankının noyabrın 18-də uçot dərəcəsini 16%-dən 15%-ə endirmək qərarına gəlməsindən sonra baş verib. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya ilə çıxışında yenidən uçot dərəcəsinin endirilməsinin tərəfdarı olduğunu bildirib.

Bundan əvvəl Türkiyənin əsas müxalifət partiyalarının liderləri Ərdoğanı səriştəsizlikdə ittiham edərək, lirənin məzənnəsinin rekord dərəcədə aşağı düşməsi fonunda erkən seçkilərə çağırıblar. Türkiyə lideri bu çağırışı rədd edərək deyib ki, Türkiyədə prezident və parlament seçkiləri planlaşdırıldığı kimi 2023-cü ilin iyununda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO