Neft Fondunun aktivləri gələn il 1%-dək azalacaq – PROQNOZ

Neft Fondunun aktivləri gələn il 1%-dək azalacaq – PROQNOZ

Hazırda oxunan: Neft Fondunun aktivləri gələn il 1%-dək azalacaq – PROQNOZ

49265

Gələn il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 mln. ABŞ dolları) nisbətən 0,77% azalaraq 43 227,4 mln. ABŞ dolları təşkil edəcək.

Bizim.Media-nın məlumatına görə, bu barədə Hesablama Palatasının ARDNF-nin 2022-ci il büdcəsinin layihəsinə verdiyi rəydə deyilir.

Sənədə əsasən, gələn il ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 1 216,8 min manat olması proqnozlaşdırılır ki, bu da 2020-ci ilin müvafiq icra göstəricisindən 761,8 mln. manat və ya 38,5% az, 2021-ci ilin proqnoz göstəricisindən 457,1 mln. manat və ya 60,2% çox, 2021-ci ilin gözlənilən icra göstəricisindən 265,6 mln. manat və ya 17,9% azdır.

Qeyd olunur ki, 2022-ci il üçün Fond üzrə orta illik gəlirlilik göstəricisinin 1,7% (borc öhdəlikləri və pul bazarları alətləri üzrə gəlirlilik 0,74%, səhm portfeli üzrə gəlirlilik 4,71%, daşınmaz əmlak portfeli üzrə gəlirlilik 5,2%) səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2021-ci ilin proqnoz göstəricisindən (1,09%) 0,61% çox, cari ilin 9 aylıq icra göstəricisindən (3,1%) isə 1,4% azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO