Mədət Quliyev Azərbaycan yığmasına yeni baş məşqçi TƏYİN ETDİ

Hazırda oxunan: Mədət Quliyev Azərbaycan yığmasına yeni baş məşqçi TƏYİN ETDİ

48718

Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin əmri ilə şose velosipedi üzrə yığma komandaya yeni baş məşqçi təyin edilib.

AVİF-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, milli Əməkdar məşqçi Asif Həsənova həvalə edilib.

Bunadək “Neftçi İdman Klubu” İctimai Birliyinin velosiped bölməsinin məşqçisi olan mütəxəssisi məşqçilər korpusuna AzVİF-in baş katibi Fərhad Əliyev təqdim edib və federasiya prezidentinin məşqçilər korpusu qarşısında qoyduğu əsas hədəfləri onların diqqətinə çatdırıb.

Göstərilən yüksək etimada görə federasiya rəhbərliyinə təşəkkürünü bildirən Asif Həsənov qarşıya qoyulan məqsədlərə çatmaq üçün məşqçilər korpusu ilə birgə bütün qüvvə və bacarığını səfərbər edəcəyini deyib.

Qeyd edək ki, Həsənov Əbülfəz Məmmədovun vəfatından sonra boş qalan postu tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO