Türk Dövlətləri Təşkilatı Azərbaycanda baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın "Twitter" hesabında paylaşım edilib.
MÖVZU İLƏ BAĞLI:
Helikpoterin qəzaya uğradığı yerdən ÖZƏL FOTO
"Azərbaycanda bu gün Dövlət Sərhəd Xidmətinə aid helikopterin qəzaya uğraması xəbərini kədərlənərək öyrəndik. Bu faciəli qəzada itirdiyimiz şəhidlərimizə Allah rəhmət eləsin, yaralananlara şəfalar diləyir, qardaş Azərbaycan xalqına və qəhrəman silahlı qüvvələrimizə dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda bildirilib.
Bizim.Media