Aktrisaya hücum edən şəxs saxlanıldı - VİDEO

Aktrisaya hücum edən şəxs saxlanıldı - VİDEO

Hazırda oxunan: Aktrisaya hücum edən şəxs saxlanıldı - VİDEO

48356

Aktrisa Nərgiz Əliyevaya hücum edən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Bizim.Media-ya bildirib ki, saxlanılan şəxs 1971-ci il təvəllüdlü, əvvəllər oğurluğa görə məhkum olunmuş Sedov Vadim Vyaçeslavoviçdir.
 

Artıq həmin şəxsin izahatı alınıb və onun əməli xırda xuliqanlıq kimi dəyərləndirilərək məhkəməyə müvafiq təqdimat göndərilib.


V.Vyaçeslavoviç polisə izahatında N.Əliyevanın avtomobilinə pul almaq məqsədilə yaxınlaşdığını bildirib.

Qeyd edək ki, hadisə noyabrın 27-də saat 17:00 radələrində paytaxtın “Tarqovı” adlanan ərazisində baş verib. Aktrisanın sözlərinə görə, o, avtomobilində tıxacda olarkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO