Ərdoğan dollara “əl qoydu” – Qiymət artımında manupulyasiya var?

Ərdoğan dollara “əl qoydu” – Qiymət artımında manupulyasiya var?

Hazırda oxunan: Ərdoğan dollara “əl qoydu” – Qiymət artımında manupulyasiya var?

47942

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son vaxtlar ölkənin valyuta bazarında baş verən anormal dəyər artımının səbəblərini araşdırmaq üçün Prezidentliyə tabe olan Dövlət Müşahidə Şurasına göstəriş verib. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurum valyuta məzənnəsində manipulyasiya iddialarını araşdırmaq üçün işə başlayıb.

Şuranın audit qurumu külli miqdarda xarici valyuta, xüsusən də dollar və avro alan qurum və təşkilatları müəyyən edəcək.

Dövlət Müşahidə Şurası araşdırmanın nəticəsini hesabata çevirəcək və cinayət aşkar edilərsə, faktları tədbir görülməsi üçün müvafiq qurumlara göndərəcək.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO