Azərbaycanda daha 2137 hərbi qulluqçuya mənzil veriləcək

Azərbaycanda daha 2137 hərbi qulluqçuya mənzil veriləcək

Hazırda oxunan: Azərbaycanda daha 2137 hərbi qulluqçuya mənzil veriləcək

47865

Hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı yaradılmış Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib.

Maliyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, iclası giriş sözü ilə açan komissiyanın sədri, maliyyə naziri Samir Şərifov komissiyanın bu günədək olan fəaliyyəti barədə yeni tərkibi məlumatlandırıb, əsas məqsəd və hədəflərdən bəhs edib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid ailələri və müharibə əlillərinə mənzil verildi - FOTO


Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb və sözügedən Fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunmasını nəzərdə tutur.

“Bu günədək Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası olaraq Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil növbəsinə qəbul olunan 2387 hərbi qulluqçudan artıq 2093 nəfər Bakı, Gəncə şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərlə təmin olunub”, - deyə S.Şərifov bildirib.

İclasda Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 2137 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul olunması qərara alınıb.

Eyni zamanda, komissiya üzvləri hazırda mənzil növbəsində olan hərbi qulluqçulardan 131-nin Bakı şəhərində tam təmirli mənzillərlə təmin olunması barədə qərar qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO