Bütün universitetlərin Bakıda yerləşməsi paytaxtın yükünü xeyli artırmaqla yanaşı, çoxsaylı sosial problemlər də yaradır. Millət vəkili Musa Qasımlı təhsil müəssisələrinin bəzilərinin bölgələrə köçürülməsi fikrini yenidən gündəmə gətirib. Uyğun variant kimi hətta işğaldan azad olunan ərazilərə də diqqət çəkib.
Bizim.Media nəşri də bu mövzuya dəfələrlə toxunub və hesab edir ki, bəzi universitetlər doğrudan da Bakıdan bölgələrə köçürülməlidir.
Bu, paytaxtın yükünü azaltmaqla yanaşı, şəhərdəki sıxlığı da aradan qaldırar.
Musa Qasımlı qeyd edib ki, bu məsələ ilə bağlı fikirlər, xüsusilə, ekspertlərin, mütəxəssislərin təklifləri müxtəlifdir. Hamısı dinlənildikdən sonra müsbət qərar verilməlidir. Hazırda ən optimal variant universitetlərin yerinin dəyişdirilməsidir.
Millət vəkili vurğulayıb ki, universitetlərin müvafiq bölgələrə köçürülməsi həm də praktika keçmiş yaxşı mütəxəssislərin yetişməsi deməkdir:
“Qardaş Türkiyədə paytaxt ilə yanaşı, böyük şəhərlərin demək olar ki, əksəriyyətində universitetlər var”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin məttbuat katibi Cəsarət Valehov məsələnin hələ ki gündəmdə olmadığını deyib.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
14:41 / 25.11.2021
Universitetlər Bakıdan köçürüləcəkmi? – Nazirlikdən RƏSMİ CAVAB - VİDEO
Hazırda oxunan: Universitetlər Bakıdan köçürüləcəkmi? – Nazirlikdən RƏSMİ CAVAB - VİDEO
Hazırda oxunan: Universitetlər Bakıdan köçürüləcəkmi? – Nazirlikdən RƏSMİ CAVAB - VİDEO
47647
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.