"Zəfər yolu" inşa müsabiqəsinin xaçmazlı qalibi mükafatlandırıldı - FOTO

Hazırda oxunan: "Zəfər yolu" inşa müsabiqəsinin xaçmazlı qalibi mükafatlandırıldı - FOTO

47328

Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Ləman Xəlilova Təhsil Nazirliyinin keçirdiyi "Zəfər yolu" inşa müsabiqəsinin 7 qalibindən biri olub.

Bizim.Media xəbər verir ki, bu barədə Xaçmaz icra hakimiyyətində keçirilən tədbirdə danışılıb.

Bildirilib ki, Təhsil Nazirliyinin 8-11-ci sinif şagirdləri arasında təşkil etdiyi respublika inşa müsabiqəsinin 7 qalibindən birinin də Xaçmazın kənd məktəbinin şagirdi olması çox yaxşı hadisədir.

Xaçmaz İH başçısı Elnur Rzayev qalib məktəbli Ləman Xəlilovanı və müəllimlərini qəbul edərək onlara uğurlar arzu edib. Ləman və müəllimləri qiymətli xatirə hədiyyələri və İh-nin fəxri fərmanı verilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO