Tovuzda ana övladını küçədə saxlayır? - ARAŞDIRMA - VİDEO

Tovuzda ana övladını küçədə saxlayır? - ARAŞDIRMA - VİDEO

Hazırda oxunan: Tovuzda ana övladını küçədə saxlayır? - ARAŞDIRMA - VİDEO

47313

Sosial şəbəkələrdə Tovuzda azyaşlı uşağın anası tərəfindən küçədə yatızdırdığı haqqında foto və məlumat paylaşılıb. Qısa müddət ərzində ana və məsələyə biganə olan aidiyyatı qurumlar qınaq obyektinə çevrilib.

Bəs paylaşılan məlumat, foto və reallıq nə yerdədir?

Bizim.Media-nın əməkdaşı məsələyə aydınlıq gətirməyə çalışıb. 

Aybəniz Qasımovanın 37 yaşı var. O, Tovuzda Heydər Əliyev prospektində beş mərtəbəli binanın dördüncü mərtəbəsində yaşayır. Qeyri-rəsmi nigahdan bir övladı var – 7 yaşlı Ömər. 

Sosial şəbəkədə ana və övladı haqqında məlumat, foto paylaşılıb ki, anası uşağına qarşı biganədir, onu gecə səhərə qədər küçələrdə yatırdır. Qadının əqli qüsurlu olduğu da qeyd edilib. 

Necə olsa da qonşudan yaxşı insanı tanıyan olmaz. Bina sakinləri sözügedən ananı bu cür tanıyır.

Aybəniz Qasımovanın anası dünyasını dəyişib. İki bacısı, təqaüddə olan atası da var. Aybəniz onun ünvanına səsləndirilən ittihamları qəbul etmir. Gənc ana uşağının diləndirilməsi faktını da qəbul etmir. Deyir ki, o bacılarının və atasının təqaüdü ilə övladını böyüdür. Həmçinin uşağın atası və dostları da balaca Ömərə yardım edirlər.

“Facebook”da paylaşılan foto və məlumata Tovuz Rayon Polis Şöbəsindən bildirilib ki, ana ilə dəfələrə profilaktik söhbət aparılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə Bizim.Media-ya bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, balaca Ömər yeddi yaşındadır və məktəbə getmir. 

Cümşüd Məmmədov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO