Venera Rusiya planetidir? - “Roskosmos”un rəhbərindən AÇIQLAMA

Venera Rusiya planetidir? - “Roskosmos”un rəhbərindən AÇIQLAMA

Hazırda oxunan: Venera Rusiya planetidir? - “Roskosmos”un rəhbərindən AÇIQLAMA

46962

“Rusiya və ABŞ Veneraya birgə missiya təşkil etmək niyyətlərini təsdiqləyib”. 

Bizim.Media “lenta.ru” saytına istinadən xəbər verir ki, bunu “Roskosmos”un rəhbəri Dmitri Roqozin deyib.

“Amerikalılarla Veneraya birgə missiya haqqında razılığa gəldik. Venera ənənəvi olaraq Rusiya planeti hesab olunurdu. Oraya düşən Sovet aparatı idi. Amma indi biz orada bir missiya qurmağa hazırlaşırıq, bu Venera-D adlanır: Rusiya-Amerika birgə missiyası”, - korporasiya rəhbəri bildirib.

Onun sözlərinə görə, birgə iş iqtisadiyyat, texnologiya və elm baxımından bu vəzifəni sadələşdirməyə kömək edəcək.

“Niyə amerikalılarla birgə iş aparılır, çünki çox çətindir. Birlikdə həll etmək daha asandır və eyni zamanda iqtisadi cəhətdən daha etibarlı olacaq. Amerikalılar da bunda maraqlıdırlar”, - Roqozin bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO