\

\"Vilyarreal\" - \"Qarabağ\" matçı baş tutmayacaq

Hazırda oxunan: \"Vilyarreal\" - \"Qarabağ\" matçı baş tutmayacaq

4673

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda İspaniya "Vilyarreal"ı ilə oyunöncəsi növbəti dəfə koronavirus testindən keçib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, daha iki futbolçuda - Şahruddin Məhəmmədəliyev və Xayme Romeroda testin nəticəsi pozitiv olub.

Daha əvvəl isə Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinada koronavirus aşkarlanıb.

Bədavi Hüseynov və Patrik Andrade isə zədə səbəbindən növbəti oyunu buraxmalı olacaqlar. Son testləri neqativ çıxan Maksim Medvedev və Musa Qurbanlı da həkim məsləhəti ilə tam olaraq məşqləri bərpa etməyib.

Beləliklə, UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcək. Bu isə o deməkdir ki, İspaniya təmsilçisi ilə dekabrın 10-na planlaşdırılan görüş baş tutmayacaq.

Qarşılaşma barədə yekun qərar UEFA tərəfindən veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO