Şəhid Murad Xəlilov dəfn edildi - YENİLƏNİB/FOTO-VİDEO

Şəhid Murad Xəlilov dəfn edildi - YENİLƏNİB/FOTO-VİDEO

Hazırda oxunan: Şəhid Murad Xəlilov dəfn edildi - YENİLƏNİB/FOTO-VİDEO

46585

Dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əməliyyat zamanı şəhid olan Murad Xəlilovla vida mərasimi başa çatıb.

Bizim.Media xəbər verir ki, mərasim şəhidin doğulub boya-başa çatdığı Şəmkir rayonunun Çinarlı qəsəbəsində keçirilib.

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid vida mərasimindən sonra dəfn olunub.


*** 12:50

Dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əməliyyat zamanı şəhid olan Murad Xəlilovla vida mərasimi başlayıb. 

Bizim.Media xəbər verir ki, mərasim şəhidin doğulub boya-başa çatdığı Şəmkir rayonunun Çinarlı qəsəbəsində keçirilir. 

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəsmiləri, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhid vida mərasimindən sonra dəfn olunacaq.

Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Xəlilov Murad Qalib oğlunun nəşi ailəsinə təhvil verilib.

Cümşüd Məmmədov, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO