Vulkan püskürdü, 2600-dən çox ev lava altında qaldı - VİDEO

Vulkan püskürdü, 2600-dən çox ev lava altında qaldı - VİDEO

Hazırda oxunan: Vulkan püskürdü, 2600-dən çox ev lava altında qaldı - VİDEO

46540

İspaniyanın cənub-qərbindəki Kanar Adaları qrupundan Las-Palmasda 58 gündür “Cumbre Vieja” vulkanı püskürməyə davam edir.

Bizim.Media xəbər verir ki, indiyə qədər 2 623 bina lava altında qalıb.

Kanar Adaları Vulkanologiya Mərkəzi INVOLCAN rəsmi “Twitter” hesabından bütün gün ərzində kraterdən lava, nəhəng tüstü və kül tüstülərinin püskürdüyünü bildirib.

Vulkanın şleyfinin minimum hündürlüyünün 1600 metr olduğu diqqətə çatdırılıb.

Sentyabrın 19-dan bəri püskürmə növbə ilə artıb və azalıb. Alimlər püskürmənin üç aya qədər davam edə biləcəyini deyir. Vulkanın fəsadlar törətdiyi ərazidən görüntüləri təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO