Çay evində mübahisə ölümlə nəticələndi

Çay evində mübahisə ölümlə nəticələndi

Hazırda oxunan: Çay evində mübahisə ölümlə nəticələndi

46512

Lənkəranda iki nəfərin mübahisəsi ölümlə nəticələnib.

Bizim.Media xəbər verir ki, Kənarmeşə kəndindəki çay evlərindən birində rayonun Seydəkəran kənd sakini, 1970-ci il təvəllüdlü Mail Mirzağa oğlu Heydərov çayçı kimi çalışdığı çayxanada bir nəfərlə mübahisə edib. Mübahisə zamanı M.Heydərov yerə yıxılıb. Bu zaman o, sol gicgah nahiyəsindən xəsarət alıb və yerindəcə keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib. 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO