"Ermənistan bu davranışı ilə heç nə əldə edə bilməyəcək, uduzacaq"
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bəhreynin xarici işlər naziri Abdullatif bin Raşid Alzayani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Çavuşoğludan Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı VACİB AÇIQLAMA
"Şəhidlərə Allahdan rəhmət diləyirəm. Azərbaycan 30 ilə yaxındır işğal altında qalan torpaqlarını 44 gün içərisində geri aldı. Bununla da türkün gücünü və qətiyyətini göstərdi”, - deyə Türkiyənin XİN başçısı bildirib.
Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub, 10-u yaralanıb.
Bizim.Media