Robert Koçaryan: \

Robert Koçaryan: \"Azərbaycan erməni ordusunun başını kəsdi\"

Hazırda oxunan: Robert Koçaryan: \"Azərbaycan erməni ordusunun başını kəsdi\"

0:00
0:00
45191

“Hakimiyyət Dağlıq Qarabağla bağlı danışıqlarda Ermənistanın bütün kozlarını devalvasiya edib".

Bizim.Media xəbər verir ki, bu sözləri noyabrın 8-də İrəvanda keçirilən etiraz mitinqində keçmiş prezident, parlamentdəki "Ermənistan" blokunun rəhbəri Rober Koçaryan deyib.

O, hakimiyyətin müharibəni qaçılmaz etmək üçün hər şeyi etdiyini, uğursuz danışıqlar apardığını vurğulayıb:

"Müharibədə məğlub olmaq üçün hər şeyi etdilər, lakin məğlubiyyət noyabrın 9-da deyil, Ermənistan ordusunun başının kəsilməsi başlayanda gerçəkləşdi".

R.Koçaryan əlavə edib ki, 44 günlük müharibədə erməni tərəfi diplomatiyanın uğursuzluğu ucbatından təkbaşına qaldı:

"İndi xalqa hakimiyyətin onları aldatdığını göstərmək, müqavimətə qoşulmaq lazımdır, mübarizə uzun sürməyəcək. Bu, bir neçə həftə və ayların işidir".

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO