Nobel mükafatçısına “Azərbaycan Prezidentinin Fəxri Diplomu” təqdim olundu – FOTO

Nobel mükafatçısına “Azərbaycan Prezidentinin Fəxri Diplomu” təqdim olundu – FOTO

Hazırda oxunan: Nobel mükafatçısına “Azərbaycan Prezidentinin Fəxri Diplomu” təqdim olundu – FOTO

45026

Nobel mükafatçısı Əziz Sancara təltif edildiyi “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” təqdim olunub.

Bu barədə Bizim.Media Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Mükafatı dünya şöhrətli alimə Prezident İlham Əliyevin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-ın Şimali Karolina ştatının Chapper Hill şəhərindəki Əziz Sancar adına Türk Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə təqdim edib.

 

Əziz Sancar mükafata görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib, Şuşaya getmək və orada məsciddə namaz qılmaq arzusunu dilə gətirib.



Qeyd edək ki, Prezident İlham Əliyevin 10 sentyabr 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Sancar “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO