Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB/FOTO

Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB/FOTO

44939

Bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı A.C-aparılan intensiv əməliyyat-axtarış tədbirləri ilə yeri müəyyən olunub.

Bizim.Media xəbər verir ki, hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcək.

*** 20:04

Bakıda Alina adlı yeniyetmə qız itkin düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Alinanın anası məlumat yayıb.

Bildirir ki, qızı bu gün saat 12:30 radələrində taksi ilə evə yollanıb. Günəşlidəki “Bravo” marketin yanında, evinin yaxınlığında taksidən düşüb, amma evə gəlməyib.

Görənlər və məlumatı olanlardan Daxili işlər Nazirliyinə, yaxud anasına məlumat verməsi xahiş olunur.

Alinanın əynində açıq yaşıl rəngdə gödəkçə, boz şalvar, qəhvəyi çəkmələr olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO