Mark Zükerberq “Meta”ya görə milyonlarla dollar ödəməli olacaq – MARAQLI SƏBƏB

Mark Zükerberq “Meta”ya görə milyonlarla dollar ödəməli olacaq – MARAQLI SƏBƏB

Hazırda oxunan: Mark Zükerberq “Meta”ya görə milyonlarla dollar ödəməli olacaq – MARAQLI SƏBƏB

44924

ABŞ şirkəti “Meta” ticarət nişanının hüquqlarını “Facebook”a minimum 20 milyon dollara güzəştə getmək niyyətindədir.

Qeyd olunur ki, kompüter, noutbuk və proqram təminatı satan “Meta PCs” bir həftə əvvəl xüsusi diqqət mərkəzində olmayan sıradan bir pərakəndə satış şəbəkəsi idi.

Lakin Mark Zukerberqin “Facebook”un adını “Meta” ilə əvəz edəcəyini elan edəndən sonra sözügedən pərakəndə satış şirkəti dünyanın ən böyük texnologiya nəhənginə əqli mülkiyyət hüququ iddiası irəli sürüb.

“Meta PCs” artıq cari ilin avqust ayında ticarət nişanının qeydiyyatı üçün müvafiq qurumlar müraciət edib.

Arizonadan olan kompüter satıcılarının sözlərinə görə, şirkət onun adına olan mülkiyyət hüquqlarını 20 milyon dollardan aşağı qiymətə satmaq niyyətində deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO