Məşhur müğənni təyyarə qazasında öldü - VİDEO

Məşhur müğənni təyyarə qazasında öldü - VİDEO

Hazırda oxunan: Məşhur müğənni təyyarə qazasında öldü - VİDEO

44913

Braziliyalı məşhur müğənni Marilia Mendonçanın səyahət etdiyi təyyarə qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, “Grammy” mükafatına namizəd olan 26 yaşlı ifaçının da olduğu təyyarə Minas Gerais əyalətinə bağlı Piedade de Karatinqa ərazisində yerə çırpılıb.

Müğənni ilə yanaşı hava gəmisində yer alan rejissor Henrique Ribeiro, Mendonçanın əmisi və prodüseri Abicieli Silveira Dias Filho, pilot və köməkçisi də ölüb.

Müğənni proqrama qatılmaq üçün bir əyalətdən başqasına gedirmiş. Təyyarənin qəza səbəbi hələ açıqlanmayıb.

Qeyd edək ki, Braziliyanın məşhur ifaçılarından olan Mendonçanın 2 yaşında bir oğlu var.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO