Azərbaycanda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Azərbaycanda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Hazırda oxunan: Azərbaycanda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

44851

Mingəçevirdə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında Bozdağ fərdi yaşayış massivində, 16-cı döngə, ev 14 ünvanında baş verib.
 

1978-ci il təvəllüdlü İnqilab Qara oğlu Yusifzadə, onun arvadı, 1978-ci il təvəllüdlü Azadə Afiq qızı Yusifzadə, həmçinin ailə başçısının anası və iki övladı yaşadığı evdə dəm qazından zəhərlənib.


Nənənin və uşaqların durumu ilkin tibbi yardım göstərildikdən sonra normallaşıb. Ər və huşsuz vəziyyətdə olan arvad isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO