Vado Korovindən Hacı Nurana “500 manatlıq” ATMACA – FOTO

Vado Korovindən Hacı Nurana “500 manatlıq” ATMACA – FOTO

Hazırda oxunan: Vado Korovindən Hacı Nurana “500 manatlıq” ATMACA – FOTO

0:00
0:00
44769

“Bakılı Oğlanlar” komandasındakı çıxışı ilə məşhurlaşan Vado Korovin Mərkəzi bank tərəfindən tədavülə buraxılan 500 manatlıq əskinaslarla bağlı etdiyi paylaşımla diqqət çəkib.

Bizim.Media xəbər verir ki, keçmiş KVN-çi yeni əskinasla xeyriyyəçi Hacı Nuranın fotosunu kollaj şəklində paylaşıb.

O, fotonun başlığına “Bağışlayın, sizdə 500 manat olmaz?” sualını yazıb.

Korovinin Hacı Nurana bu sualla müraciətinin səbəbi xeyriyyəçinin rəngli kostyumlara üstünlük verməsidir.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfərinin ildönümü münasibətilə tədavülə xatirə pul nişanları buraxılıb. Aralarında 500 manatlıq əskinas da olan xatirə pul nişanlarının üzərində “Qarabağ Azərbaycandır!”, eləcə də Azərbaycanın işğaldan azad edilmiş şəhər və rayonlarının adları yazılıb.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO