Paşinyanla Araik Arutunyan görüşündə 3 MƏQAM –  “Artsax” bayrağına niyə icazə verilmədi?

Paşinyanla Araik Arutunyan görüşündə 3 MƏQAM –  “Artsax” bayrağına niyə icazə verilmədi?

Hazırda oxunan: Paşinyanla Araik Arutunyan görüşündə 3 MƏQAM –  “Artsax” bayrağına niyə icazə verilmədi?

44564

Araik Arutunyan İrəvanda Nikol Paşinyanla görüşüb. Ermənistan baş nazirinin qondarma rejim “rəhbəri” ilə görüşündə bəzi detallar diqqət çəkib. 

Bizim.Media xəbər verir ki, Nikol Paşinyan Ermənistanın belə tanımadığı “Artsax” lideri ilə görüşə rəsmi don geyindirmək üçün onu şəxsən qarşılayıb. 

İkinci diqqət çəkən məqam görüş zamanı otaqda yalnız Ermənistan bayrağının olmasıdır. Bu isə İrəvanın Azərbaycanın təqdim etdiyi yeni reallıqlarla barışdığına dəlalət edir. Belə ki, əvvəllər bu tip görüşlərdə separatçıların da əski parçası – bayrağı asılırdı.  
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Araik Arutunyana "Qarabağdan rədd ol" dedilər - VİDEO


Üçüncü element Nikol hökumətinin Qarabağdakı separatçılara 2022-ci il üçün yardım ayırmasıdır. Belə ki, görüşdə Araik bu dəstək üçün Ermənistan baş nazirinə minnətdarlıq edib. Burada əsas söhbət Xankəndində inşa olunacaq yeni yaşayış binalarından gedir.  

Ekspertlər isə düşünür ki, Ermənistan büdcəsinin özü Qərbdən gələn vəsaitdən asılı vəziyyətdədir. Xankəndi erməniləri isə sülhməramlıların əlinə baxır.

Paşinyanla Araikin görüşdə bu cür nüansları qabartması Ermənistandakı daxili auditoriyanı sakitləşdirməyə və Azərbaycan cəmiyyətində qıcıq yaratmağa hesablanıb. Görüşdə səsləndirilən fikirlər reallığı əks etdirsəydi, İrəvanda “Artsax bayrağı” da asılmalıydı.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO