Ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın Covid-19 testinin nəticəsi müsbət olub.
Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə xarici işlər nazirinin görüş cədvəlində dəyişikliklər edildiyini təsdiqləyib və həkimin onun karantinə alınması barədə göstəriş verdiyini açıqlayıb.
XİN sözçüsü İran xarici işlər nazirinin səhhətinin yaxşı olduğunu və karantindən gündəlik işləri həyata keçirdiyini bildirib.
Bizim.Media