Kirayədə qalan tələbələrə ŞAD XƏBƏR - VİDEO

Kirayədə qalan tələbələrə ŞAD XƏBƏR - VİDEO

Hazırda oxunan: Kirayədə qalan tələbələrə ŞAD XƏBƏR - VİDEO

44036

Ali məktəblərə qəbul olan tələbələri ən çox düşündürən sullardan biri də təhsil alacaqları müddətdə harada və necə qalacaqlarıdır. 

Bəzi hallarda isə kirayə mənzillərin baha olması tələbələri çıxılmaz vəziyyətə salır. Hətta bu səbəbdən təhsildən yayınanlar da olur.

Artıq bununla bağlı məsələ yeni hazırlanan qanun layihəsində öz əksini tapacaq.

Bizim.Media xəbər verir ki, ölkəmizdə sosial tələbə yataqxanaları yaradılacaq. Bununla bağlı məsələnin Ali təhsil haqqında hazırlanan yeni qanun layihəsinə salınması təklif olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Paytaxta tələbə axını başladı – Qalmağa ev tapılmır


Milli məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov "Xəzər Xəbər"ə bildirib ki, yeni qanun layihəsində hansısa bir təhsil müəssisəsi yaradılarkən onun yataqxanasının olması da şərt kimi öz əksini tapıb. 

Millət vəkili deyir ki, sosial tələbə yataqxanalarinin yaradılması zəruridir. Onun sözlərinə görə, yataqxana çatışmazlığı ali məktəblərə qəbul olan abituriyentləri bir sıra çətinliklərlə üz-üzə qoyur.

Bəzi hallarda Maddi imkanı zəif olan tələbələr kirayə haqlarını ödəyə bilmədiklərinə görə, təhsildən yayınmağa məcbur olurlar. Sosial yataqxanalarin istifadəyə verilməsi isə vəziyyəti müsbətə doğru dəyişəcək.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO