Bakıda polis oğrunu belə yaxaladı - FOTO/VİDEO

Bakıda polis oğrunu belə yaxaladı - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda polis oğrunu belə yaxaladı - FOTO/VİDEO

43986

Xətai rayonunda yerləşən ticarət mərkəzlərindən birindən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, həmin şəxsin obyektə daxil olması təhlükəsizlik kameralarına düşüb.

Belə ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib.

Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin mağazanın arxa tərəfində yerləşən dəmir barmaqlıqları kəsərək ora daxil olduğunun şahidi olublar. 
 

Polislərin operativliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum edilən Hacıqabul rayon sakini Faiq Səmədov saxlanılaraq ərazi üzrə 34-cü Polis Şöbəsinə təhvil verilib.


Həmin şəxs tutulan zaman əlində olan dəmir parçası ilə  müqavimət göstərmək istəsə də onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO