“Mixail Saakaşvilinin əmri ilə insanlar işgəncələrə məruz qalıb, zorlanıblar, biznesləri əlindən alınıb. Bu, biabırçı adamdır, buna görə də aclıq etmək əvəzinə tövbə etməlidir”.
Bizim.Media Gürcüstanın “Birinci Kanal”ına istinadən xəbər verir ki, bu fikirləri “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze səsləndirib.
“Saakaşviliyə və onun imitasiya etdiyi aclıq aksiyasına gəlincə, bizdə məlumat var ki, elə planlaşdırıb ki, seçki günündə vəziyyəti pisləşsin. Yəni tərəfdarlarında bəzi emosiyalar oyatmaq üçün simulyasiya edəcək, lakin bu da uğursuzluğa məhkumdur. Saakaşvilinin bu gün hansı simulyasiya aparmasından asılı olmayaraq, o, uğur qazanmayacaq”, deyə o, qeyd edib.
Onun sözlərinə görə, hökumət idarələri Saakaşvilinin aclıq aksiyası keçirməsinə dair sübutlar təqdim edəcək.
“Bu adamın gündə üç litr limonad içməsinə bütün həbsxana gülür. Ancaq yenə də alır. Gündə üç litr limonad Saakaşvilinin təcəssüm etdirdiyi biabırçılığın davamıdır”, - deyə İrakli Kobaxidze bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
12:55 / 30.10.2021
“Saakaşvili hər gün 3 litr limonad içir, həbsxanada ona gülürlər” – “Gürcü Arzusu” partiyasının sədri
Hazırda oxunan: “Saakaşvili hər gün 3 litr limonad içir, həbsxanada ona gülürlər” – “Gürcü Arzusu” partiyasının sədri
Hazırda oxunan: “Saakaşvili hər gün 3 litr limonad içir, həbsxanada ona gülürlər” – “Gürcü Arzusu” partiyasının sədri
43943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.