“İran Azərbaycandan üzr istəməli idi” – Qabil Hüseynlidən ÖZƏL ŞƏRH

“İran Azərbaycandan üzr istəməli idi” – Qabil Hüseynlidən ÖZƏL ŞƏRH

Hazırda oxunan: “İran Azərbaycandan üzr istəməli idi” – Qabil Hüseynlidən ÖZƏL ŞƏRH

43644

Son həftələrdə Azərbaycan-İran münasibətlərində artan gərginlik bütün dünyanın diqqət mərkəzindəki mövzuya çevrilməyi bacarmışdı. Ələxsus da Tehranın Şərqi Zəngəzurla sərhəddə start verdiyi təlimlər gərginliyi pik həddə çatması ilə nəticələnmişdi. Lakin son günlərdə iki ölkə arasında münasibətlərdə müəyyən durğunluq müşahidə olunur.

Gərginliyin azalması isə İranın XİN rəhbərinin açıqlamalarında daha çox nəzərə çarpır. Belə ki, oktyabrın 24-də Ceyhun Bayramovla telefon danışığından sonra Abdullahianın ritorikasinda sabitlik mesajları diqqəti cəlb etməkdədir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistana yanacaq daşıyan azərbaycanlılar – “Onlarda o şüur olsaydı...”


Ələxsus da oktyabrın 27-də Tehranda keçirilən mətbuat konfransında İranlı nazir “Azərbaycanla açıq gərginlik dönəmi sona çatıb” şəklində açıqlama ilə yadda qalıb.

Tehran rəsmisinin bu fikirləri səsləndirməsi isə, gələcək dövrdə İran-Azərbaycan münasibətlərinin hansı formada cərəyan edəcəyi ilə bağlı sualların meydana gəlməsinə səbəb olub.

Mövzunu Bizim.Media üçün şərh edən politoloq Qabil Hüseynli ilk öncə İranın Azərbaycana qarşı etdiyi səhvlərin miqyasının nə qədər böyük olmasından danışıb:

“İranın etdikləri o qədər böyük qəbahət idi ki, Tehran ən azından buna görə Azərbaycan qarşısında üzr xarakterli müəyyən addımlar atmalı idi. Məsələn, Qüds briqadasının generalının Azərbaycanla bağlı səsləndirdiyi “bir gündə yer üzündən silərik”, “4000 raket buraxa bilərik” şəklində verilən açıqlamaları qeyd edə bilərik.
 

Bu cür fikirlər səbəbindən hər hansı Tehran rəsmisi yalnışlıqlara yol verdiklərini etiraf etməli idi. Lakin indiki vəziyyətdə Abdullahianın açıqlaması da bizi qane edir”.


İran, əlbəttə, çox məsələləri sonradan da olsa təhlil etdi...

“Tehranın Azərbaycana qarşı etdiyi hərəkətlər dünya ictimaiyyətini, ələxsus da İslam dünyasını ona qarşı qaldırıb. Eyni zamanda Avropa ölkələri də diplomatik kanallar vasitəsilə öz etirazlarını İrana çatdırdı. Ən təhlükəlisi isə, İsrailin yüksək səviyyəli dövlət rəsmilərinin “İranın Azərbaycana qarşı hər hansı təxribat hərəkətlərinə yol verəcəyi təqdirdə, biz onlara lazımi cavabı verəcəyik”, - deyə bildirmələri idi. Çünki İsrail İrana qarşı savaşı ABŞ-la birlikdə aparacaqdı”.

Tehrana qarşı təhdidlərin indi də davam etdiyini bildirən politoloq İran-Azərbaycan münasibətlərinin gələcək seyri ilə bağlı da fikirlərini bölüşüb:

“İran yalnız müvəqqəti olaraq öz qınına çəkilib. Amma rəsmi Tehranla İrəvan arasındakı gizli fəaliyyətlərin dayandırılacağı da inandırıcı görünmür.
 

Doğrudur, Tehran iranlı şirkətlərə Qarabağa yük aparılmaması ilə bağlı xəbərdarlıq edib. Lakin İran TIR-ları yükləri Ermənistana, oradan da erməni maşınları ilə Qarabağın ermənilər yaşayan hissəsinə apara bilərlər”.


Yəni, İranın səmimiyyətinə sona qədər inanmaq mümkün deyil...

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO