Baş Prokurorluqdan Ağdamda tapılan insan skeletləri ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Ağdamda tapılan insan skeletləri ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Baş Prokurorluqdan Ağdamda tapılan insan skeletləri ilə bağlı AÇIQLAMA

43613

Prokurorluq Ağdamın işğaldan azad olunmuş ərazisində qolları məftillə bağlı kişi və qadın skeletinin tapılması ilə bağlı araşdırma aparır.

Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib.
 

MÖVZU İLƏ BAĞLI:

İşğaldan azad olunan ərazidə qolları məftillə bağlı 2 skelet tapıldı - VİDEO 


Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.

Skeleti tapılan şəxslərin paltarlı basdırıldığı müəyyən olunub.

Şahidlərinin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.

Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları insan qalıqlarını eksqumasiya edərək aidiyyəti üzrə tibbi ekspertizaya göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO