Azərbaycanlı rəssamın əsəri beynəlxalq sərgidə nümayiş olundu - FOTO

Azərbaycanlı rəssamın əsəri beynəlxalq sərgidə nümayiş olundu - FOTO

Hazırda oxunan: Azərbaycanlı rəssamın əsəri beynəlxalq sərgidə nümayiş olundu - FOTO

43025

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İtaliyada yaşayan azərbaycanlı rəssam Elay Məmmədov ölkəmizi Florensiyada keçirilən XIII beynəlxalq rəsm sərgisində təmsil edib.

Bizim.Media bu barədə Komitəyə istinadən xəbər verir.

Məşhur Fortezza Da Basso qalereyasında təşkil edilən sərginin açılış mərasimdə Florensiyanın rəsmi şəxsləri və tanınmış incəsənət nümayəndələri iştirak ediblər.

Sərgidə 40-dan artıq ölkənin 460 rəssamının 1000-ə yaxın əsəri təqdim olunub. Onların arasında Elay Məmmədovun gizli üslubda yağlı boya ilə çəkdiyi "Domesticated Red" əsəri nümayiş edilib. Fəlsəfi təxəyyülün məhsulu olan əsər sərgi ziyarətçilərində böyük maraq doğurub.

Sərgi oktyabrın 31-də başa çatacaq. Soydaşımıza media dəstəyini Neapol-Bakı Assosiasiyası göstərib.

Qeyd edək ki, Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu olan Elay Məmmədovun digər əsəri oktyabrın 28-dən Torino beynəlxalq sərgisində nümayiş olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO