Azərbaycanın ABŞ-a ixracı beş dəfəyədək artıb

Azərbaycanın ABŞ-a ixracı beş dəfəyədək artıb

Hazırda oxunan: Azərbaycanın ABŞ-a ixracı beş dəfəyədək artıb

42412

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ABŞ-la apardığı ticarət dövriyyəsinin həcmi 391,693 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 27,2% azdır.

Bizim.Media-nın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ABŞ-a ixracı kəskin artaraq (4,5 dəfə) 54,853 mln. dollara çatıb.

İdxal isə illik müqayisədə 35,9% azalaraq 336,840 mln. dollara enib.

Qeyd edək ki, cari ilin ilk doqquz ayında Azərbaycanın ABŞ-la ticarətində 281,987 mln. dollarlıq mənfi saldo yaranıb, bu da illik müqayisədə 45,1% azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO