Putin təhqir edilən zaman Paşinyan harada olub? – RUS POLİTOLOQUN ŞƏRHİ

Putin təhqir edilən zaman Paşinyan harada olub? – RUS POLİTOLOQUN ŞƏRHİ

Hazırda oxunan: Putin təhqir edilən zaman Paşinyan harada olub? – RUS POLİTOLOQUN ŞƏRHİ

42405

"İrəvanın mərkəzində rusofob ünsürlərini gördük. Bu, Rusiyanın ən yüksək vəzifəli şəxslərini (əsasən ölkə başçısı Vladimir Putini) birbaşa təhqir edən rusofobların yürüşü idi. Bunun arxasında nəyin gizləndiyini başa düşürük. Cənab Paşinyan niyə İrəvanda rusofob nümayişini yatırmaq üçün polis və güc strukturlarından istifadə etmədi? O vaxt Paşinyan harada idi? Qəhvə içirdi?”,

Bizim.Media xəbər verir ki, bunu rusiyalı politoloq, "Milli Müdafiə" jurnalının baş redaktoru, politoloq İqor Korotçenko müsahibəsində deyib.

“Rusiyanın Ermənistanla bağlı heç bir illüziyası olmamalıdır. Ermənistan yalnız tərəfdaşlardan biridir. Formal olaraq müttəfiqdir. Əslində isə situasiyaya görə ortaqdır. Və Rusiya Ermənistanla əlaqələrini yalnız Rusiyanın milli maraqları əsasında qurmalıdır. Rusiya üçün Ermənistanın milli maraqları hətta ikinci dərəcəli deyil, üçüncü dərəcəli olmalıdır. Biz İrəvanda baş verənlərə Ermənistandakı siyasi elitanın Rusiyaya qarşı mövqeyi prizmasından baxırıq. Qardaş Xristian xalqı ilə bağlı bütün bu mantralar qoy daxili siyasi tələbat üçün saxlanılsın. Rusiya ilə Ermənistan arasında, o cümlədən iqtisadi sahədə bütün təmaslar praqmatizmə - qazın bazar qiymətlərinə, verilən kreditlərin bazar şərtlərinə əsaslanmalıdır.
 

Ermənistana kreditlər yalnız onun qızıl-valyuta ehtiyatlarının girov qoyulmasından sonra verilməlidir. Kreditləri qaytarmaq iqtidarında deyilsə, qızıl-valyuta ehtiyatları ilə ödəməlidir”, deyə o, qeyd edib.


Politoloqun fikrincə, Moskvanın mövqeyi sərt olmalıdır:

“Ermənistanda rusofobiyanın yeni dalğasının üzə çıxmaması üçün onları yemləməyi dayandırmaq lazımdır. Paşinyan tamamilə nominal bir fiqurdur. Bu gün odur, sabah başqası gələcək. Ermənistan, mantralar istisna olmaqla, əvəzində heç bir şey vermədən Rusiyadan resurslarını çıxarmaq istəyir. Ermənistan təkbaşına heç nə edə bilməz. Rəsmi İrəvan Rusiya üçün əvvəlki strateji əhəmiyyətini itirib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO