Vergi Məcəlləsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxslər “Cari vergilərin hesablanması haqqında Arayış”ı verməlidirmi?
Bizim.Media Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən vergi mütəxəssisi Dilqəm Göyüşovun sözlərinə görə, fərdi sahibkar sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, hüquqi şəxs isə Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.
Mütəxəssis qeyd edib ki, Vergi Məcəlləsinə əsasən cari hesablamanı yalnız hüquqi şəxslər və fərdi sahibkarlar aparmalıdır:
“Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin “Cari vergilərin hesablanması haqqında Arayış”ı təqdim etmələri qanunvericilikdə nəzərdə tutulmayıb. Yəni “Cari vergilərin hesablanması haqqında Arayış”ı bütün hüquqi şəxslər və yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təqdim etməlidirlər”.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
17:30 / 19.10.2021
Cari vergi arayışını kimlər təqdim etməlidir?
Hazırda oxunan: Cari vergi arayışını kimlər təqdim etməlidir?
Hazırda oxunan: Cari vergi arayışını kimlər təqdim etməlidir?
42336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.