İranın “Mərkəzi” vilayətində yerləşən Xomeyn şəhərində azadlıq tərəfdarı olan bir qrup gənc "Sepah"ın Aerokosmik Qüvvələrinin bu şəhərin ətrafında yerləşən qərargahlarından birinə hücum edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Azad İran" Telegram kanalı yayıb.
Mənbə yazır ki, onlar bir neçə saatlıq qərargahı nəzarətdə saxlamağa, eləcə də çoxlu sayda silah və digər döyüş vasitələrini qənimət götürməyə nail olublar.
Bir neçə saat sonra isə həmin qərargah, yəni "Ruhullah Sepahı" yaydığı rəsmi məlumatda hadisəni təsdiq edib və qərargahın komandanı Mehdi Mükərrəminin baş vermiş atışmada öldürüldüyünü bildirib.
Məlumata əsasən, bir qrup silahlı şəxs Xomeyn şəhəri ətrafında yerləşən "Sepah" qərargahlarından birinin silah deposuna hücum edib. Nəticədə tərəflər arasında atışma baş verib və həmin əsnada qərargahın komandanı Mehdi Mükərrəmi güllə yarası alaraq ölüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:58 / 19.10.2021
İranda "Sepah"ın qərargahına hücum: Komandan öldürüldü
Hazırda oxunan: İranda "Sepah"ın qərargahına hücum: Komandan öldürüldü
Hazırda oxunan: İranda "Sepah"ın qərargahına hücum: Komandan öldürüldü
42274
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.