Şərq çinarının növbəti ünvanı Zəngilan oldu

Şərq çinarının növbəti ünvanı Zəngilan oldu

Hazırda oxunan: Şərq çinarının növbəti ünvanı Zəngilan oldu

4174

Növbəti ağacəkmə işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndi ərazisində keçirilib.

Bizim.Media xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov bildirib. O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirliklərinin əməkdaşlarının iştirakı ilə keçirilən ağacəkmə tədbirində karantin rejiminin tələblərinə əməl olunmaqla 400-ə yaxın tut ağacı əkilib.

M.Səfərovun sözlərinə görə bu, Zəngilan rayonu ərazisində keçirilən ikinci əkin-bərpa tədbiridir, bundan əvvəl rayon ərazisində Şərq çinarları əkilmişdi.

“Xatırladım ki, payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Ağdam və Qubadlı rayonlarının ərazilərində də ağacəkmə tədbirləri keçirilib, yerli şəraitə uyğun müxtəlif cinsli ağaclar əkilib və meşəcinsli ağac toxumları səpilib. Respublikanın bütün bölgələrində əkin-bərpa işləri davam edir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO